Çimərliklər neftlə çirkləndi,


Dünya 15 Okt 2019 09:34:00 389 0

Çimərliklər neftlə çirkləndi,

Braziliyanın Baiya ştatında fövqəladə vəziyyət elan olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb ştat sahilləri boyunca çimərliklərin neft ilə çirklənməsi olub.

Daha öncə Braziliya ətraf mühit naziri Rikardu Salles bildirmişdi ki, çimərliklərdə müşahidə edilən Venesuela neftidir. Venesuelanın neft şirkəti isə bu ittihamları qəbul etməmişdi.

Bu səbəbdən ştat qubernatoru sahil və çimərliklərdə neftlə çirklənmənin təmizlənməsi məqsədilə fövqəladə vəziyyət elan edib.