Bu əlaqələr Xəzər hövzəsində dostluq mühitinin möhkəmlənməsinə xidmət edir - Deputat


Digərləri 15 Okt 2019 09:04:36 212 0

Bu əlaqələr Xəzər hövzəsində dostluq mühitinin möhkəmlənməsinə xidmət edir - Deputat

Son 28 ildə Azərbaycan - Türkmənistan əlaqələri, qarşılıqlı dostluğa və səmərəli əməkdaşlığa əsaslanan münasibətləri yüksələn xətlə inkişaf edir

Bakı. Elçin Mehdiyev - Son 28 ildə Azərbaycan - Türkmənistan əlaqələri, qarşılıqlı dostluğa və səmərəli əməkdaşlığa əsaslanan münasibətləri yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələr arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinin yüksək səviyyəyə qaldırılması xalqlarımızın tarixi dostluğa sədaqətindən və dövlətlərimizin qarşılıqlı-faydalı əməkdaşlığından xəbər verir. Ötən il hər iki ölkə rəhbərlərinin görüşü, aparılan müzakirələr, imzalanan mühüm sənədlər iki dövlətin gələcək münasibətlərinin yeni inkişaf yoluna çıxdığını bir daha sübut edib. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib. Deputatın sözlərinə görə, Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir-yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda və bütöv Avrasiyada Şərq–Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafında mühüm əhəmiyyət kəsb edir: "Belə ki, Azərbaycanla Türkmənistan arasındakı dostluq əlaqələri Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün birbaşa əhəmiyyət daşıyır. Mərkəzi Asiyanı Qafqazla birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsi ilə Türkmənistandan və Azərbaycandan keçir. Ölkələr arasındakı dostluq münasibətləri sözügedən marşrutu istifadə edən region ölkələrinin yüklərinin rahatlıqla dünya bazarına ixrac edilməsinə, eləcə də idxal mallarının ən qısa müddətdə və ən ucuz yolla daşınmasına imkan yaradır. Bu isə ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edən amil kimi özünü göstərir. İki ölkə arasındakı dostluq münasibətləri, eləcə də bütövlükdə Xəzər hövzəsində dostluq, qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Türkmənistana işgüzar səfəri zamanı Prezident Qurbanqulu Berdiməhəmmədovla rəsmi görüşü də Azərbaycanla Türkmənistan dövlətləri və xalqları arasında əlaqələrin, əməkdaşlığın yeni mərhələlərini, üfüqlərini müəyyən edəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin