Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər


Digərləri 15 Okt 2019 08:41:00 252 0

Sosial şəbəkələrdə kriptovalyuta haqqında rəylər

"Comparitech Limited" şirkətinin apardığı araşdırmaya görə, kriptovalyutalar və kriptovalyuta bazarı xəbərləri haqqında verilmiş şərhlərin 85,5% -i müsbətdir.

Analitiklərin fikrincə, ictimaiyyətin kriptovalyutalara münasibəti ümumilikdə pozitivdir. Baxmayaraq ki, kriptovalyutalar çox dəyişkəndir, həmçinin ötən il dəyəri azalan istiqamətdə dəyişib. Görünür, bir sıra nüfuzlu tənqidçilərin kriptovalyutalar haqqında mənfi rəy bildirməsi də insanların fikrinə təsir etməyib.

Son.az banco.az-a istinadən bildirir ki, Tədqiqatın məqsədi kriptoaktiv sənayesini əhatə edən müsbət və mənfi ictimai əhval-ruhiyyəni kəmiyyət cəhətdən ölçmək idi. Tədqiqat 2017-ci ilin yanvarından 2019-cu ilin iyulunadək Reddit forumu və kütləvi informasiya vasitələrindəki şərhlərin təhlilinə əsaslanır. "Reddit"də 48469 paylaşım və 48 beynəlxalq KİV-də yayımlanan 7500 məqalə təhlil edilib.

Nəticələrə əsasən 97,7% göstərici ilə Facebook kriptovalyutaları(Libra) liderliyi ələ keçirib. Növbəti yerlərdə isə Kardano (90,3%), Ethereum (88,7%) və Tron (87,4%) gəlir. Bitkoin 83,5% müsbət rəylə 6-cı yerdə qərarlaşıb.

Kriptovalyuta sferasındakı mühüm hadisələr ilə onlayn rəy və paylaşımların tezliyi arasındakı əlaqənin təhlili 5 vacib hadisəni aşkarladı:

(adsgarden = window.adsgarden || []).push({});