2020ci ilin əvvəlində Apple reallıq eynəkləri gələcək


Digərləri 15 Okt 2019 08:15:00 233 0

2020ci ilin əvvəlində Apple reallıq eynəkləri gələcək

IOS 13 ilə gəlmiş bir AR gözlük üçün bəzi iddialar var. Məşhur analitik Ming-Chi Kuo, AR eynəklərinin 2020-ci ilin əvvəlində buraxılacağını iddia edir.

Apple yeni əməliyyat sistemini - iOS 13-ü buraxdıqda, əməliyyat sistemini nəzərdən keçirən bəzi insanlar potensial AR gözlüyü ilə bağlı bir neçə ipucu tapdılar. Ayrı bir cihaz olaraq satılmayacaq eynəklər, iPhone modelləri üçün aksesuar kimi satılacaq.

Son.az techland.az-a istinadən bildirir ki, məşhur Apple analitiki Ming-Chi Kuo bu eynəklər haqqında yeni məlumatlar paylaşıb. Təhlilçi Kuonun sözlərinə görə Apple-ın genişlənmiş reallıq eynəkləri 2020-ci ilin əvvəlində satışa çıxarılacaq. Eynəklər iPhone 11-də yeni təqdim olunan U1 çipindən istifadə edərək, iPhone-a simsiz qoşula biləcək. Bu çip ultra geniş bağlantı dəstəkləyir və bunu minimum güc istifadəsi ilə edir.

Digər bir iddiaya əsasən Apple-ın genişlənmiş reallıq eynəklərinin öz əməliyyat sisteminə sahib olmasıdır. Ən son xəbərə görə, yeni əməliyyat sisteminin adı, iOS-a çox bənzər rOS (Reality Operating System) olacaq. Bu əməliyyat sistemi səssiz mesajlaşma kimi bir çox xüsusiyyətləri dəstəkləyəcək.

(adsgarden = window.adsgarden || []).push({});