“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib


Digərləri 15 Okt 2019 08:01:00 236 0

“Microsoft” 25 ildə ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib

"Microsoft" şirkəti 1994-cü ildən etibarən ilk dəfə klaviaturaya yeni klavişlər əlavə edib. Yeni klaviaturalarda "Office" proqramları paketinin sürətli çağırışı üçün ayrılmış klaviş var, digər klaviş isə emodzilərin yerləşdirilməsi üçün nəzərdə tutulub.   Son.az ictnews.az-a istinadən bildirir ki, sözügedən yeni klavişlər ilk olaraq "Microsoft Ergonomic Keyboard"a və nazik "Bluetooth Keyboard"a ("Bluetooth 5.0" simsiz moduluna malikdir) əlavə edilib. ABŞ-da yeni klaviaturlar oktyabrın 15-dək müvafiq olaraq 59,99 və 49,99 dollar qiymətinə satışa çıxarılacaq.   "Ofis" proqramları üçün ayrılmış klaviş adətən klaviaturanın sağ hissəsində yerləşən köməkçi "Win" klavişini əvəz edir. Office + W klavişlərinin kombinasiyası "Word", "Office + X" isə "Excel" proqramını işə salır. Üzərində təbəssüm təsviri olan klaviş isə "Windows 10" sistemində emodzi seçimi üçün siyahı açır. "Microsoft" korporasiyası 25 il ərzində (1994-cü ildə "Microsoft Natural" klaviaturasının çıxışı anından) klaviaturada standart düzülüşü dəyişdirməyib.   Son.az

(adsgarden = window.adsgarden || []).push({});