Aparıcı informasiya təhlükəsizliyi şirkətlərini birləşdirən alyans yaradılıb


Digərləri 15 Okt 2019 07:21:00 263 0

Aparıcı informasiya təhlükəsizliyi şirkətlərini birləşdirən alyans yaradılıb

İnformasiya təhlükəsizliyinin təmini üçün 14 aparıcı texnologiya tərtibatçısı məlumat mübadiləsi və məhsulların qarşılıqlı uyğunluğu məqsədilə "Open Cybersecurity Alliance" adlı konsorsium yaradıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, konsorsium "Organization for the Advancement of Structured Information Standards" (OASIS) təşkilatı çərçivəsində formalaşdırılıb.

Alyans iştirakçıları sırasına "IBM", "McAfee", "Fortinet" və "Cybereason" şirkətləri daxildir. Təşəbbüsün həyata keçirilməsinə "IBM" və "McAfee" tərəfindən açıq informasiya texnologiyaları hazırlamaq və kiberinsidentlərə reaksiya ilə bağlı informasiya, bilik, analitika mübadiləsini sərbəst şəkildə aparmaq və proqramlar üçün çıxış kodları və məhsulların işi haqqında məlumatlar təqdim edildikdən sonra başlanılıb.

Əməkdaşlıq sayəsində istehsalçılar müştərilərə mövcud məhsullardan daha çox faydalanmağa imkan yaratmaqla ayrı-ayrı istehsalçıların həllərindən asılılığı azaltmaq niyyətindədirlər.

"OASIS" təşkilatının inkişaf üzrə direktoru Kerol Qeyerin sözlərinə görə, indiyədək informasiya təhlükəsizliyinin təmini üçün məhsul və alətlər arasında məlumat mübadiləsi məqsədilə "standart dil" mövcud olmayıb.

(adsgarden = window.adsgarden || []).push({});