Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığ müzakirə olunub


Digərləri 15 Okt 2019 06:05:53 272 0

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığ müzakirə olunub

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqun neft bazarının tənzimlənməsi baxımından təsirli olduğunu bildirib

Bakı, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqun neft bazarının tənzimlənməsi baxımından təsirli olduğunu bildirib. Trend-in məlumatına görə, bundan başqa Peskov əlavə edib: "Dialoq davam edəcək, bu bazarın tənzimlənməsi baxımından Rusiya-Səudiyyə dialoqunun effektivliyini sübut etdi. Bu qarşılıqlı fəaliyyət davam edəcək" deyə o məlumat verib. Peskov Putin və Səudiyyə Ərəbistanı kralı arasında hərbi-texniki əməkdaşlığı müzakirə etdiyini, və bu dialoqun davam edəcəyini söyləyib.