Depressiyanı qidalanma ilə müalicə etmək olar Zeytun yağına 1 çay qaşığı sarıkök


Digərləri 14 Okt 2019 22:35:00 325 0

Depressiyanı qidalanma ilə müalicə etmək olar  Zeytun yağına 1 çay qaşığı sarıkök

Alimlər depressiyadan əziyyət çəkən insanlara mütləq qidalanmanı dəyişməyi və bəzi ərzaqları yeməyi məsləhət görür. Əgər bu məsləhətlərə əməl etsəniz, cəmi 3 aya depressiya əlamətlərini xeyli azaldacaqsız.

Son.az medicina.az-a istinadən bildirir ki, Makkuori Universitetinin alimləri 75 tələbə üzərində təcrübəsi bunu sübut edib. Tələbələr depressiyadan əziyyət çəkirdi və antidepressantlar qəbul edirdilər. 

Gənclərin rasionu şəkər, doymuş yağlar, termiki işlənmiş ərzaqlar idi.  75 tələbə 2 qrupa bölünür. Onların yarısına gündə 5 pors tərəvəz və 3 pors meyvə yedizdirilir. 

Eləcə də gündə 3 dəfə tam toxumlu ərzaqlar, 3 pors yağsız ət, yumurta, tofu, paxlalılar, 2 xörək qaşığı təmiz zeytun yağı, 1 çay qaşığı sarıkök və ya darçın yeyilməsi tapşırılır.

Bu ərəfədə fast-food, rafinə olunmuş ərzaqlar, yağ, şəkər menyudan çıxarıır. 3 həftədən sonra sağlam menyuya əməl edən iştirakçılarda əhval müsbətə doğru dəyişib. Antiokdisant, minerallar və vitaminlərlə zəngin qidalar beyni qidalandırır, iltihabı götürür, stresi aradan qaldırır, depressiyanı aradan qaldırır.

(adsgarden = window.adsgarden || []).push({});