Ölkədə qızıl ucuzlaşdı, gümüş isə bahalaşdı
Digərləri 14 Okt 2019 22:20:00 349 0
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.
Son.az Trend-ə istinadən bildirir ki, oktyabrın 14-də qızılın qiyməti oktyabrın 11-i ilə müqayisədə 13,906 manat azalaraq 1 unsiya üçün 2528,1125 manat təşkil edib.
Gümüş 0,0748 manat bahalaşaraq 1 unsiya üçün 29,8699 manata bərabər olub.
Platinin qiyməti 14,4415 manat azalaraq 1516,536 manat, palladiumun qiyməti 5,6525 manat azalaraq 2890,425 manat təşkil edib.
Ad
14.10.2019
11.10.2019
Qızıl
XAU
2528,1125
2542,0185Gümüş
XAG
Mənbə: milli.az