Ədviyyatların müalicəvi xüsusiyyətləri


Digərləri 14 Okt 2019 22:04:00 82 0

Ədviyyatların müalicəvi xüsusiyyətləri

Bu xəbəri də oxu: Moda dünyasında yeni trend FOTO

Cirə, hil, zəncəfil, vanil, mixək, darçın... Ədviyyatlar yeməklərə xüsusi dad və ətir verir. Lakin bununla yanaşı, ədviyyatlar bir çox xəstəliklərə qarşı mübarizədə də faydalıdır. Son.az AZƏRTAC-a istinadən ədviyyatların müalicəvi xüsusiyyətləri barədə məlumat verir.

Cirə. Ədviyyat bitkinin toxumları qurudularaq hazırlanır. Cirə yağı soyuqdəymə və öskürək, mədə-bağırsaq pozulmaları (qıcqırma, gəyirmə), yuxusuzluq zamanı çox təsirlidir.

Badyan (ulduzvarı cirə). Ulduzabənzər toxumları ilə tanınan bu ədviyyatdan çox vaxt bəzək məqsədilə istifadə edirlər. Dadı cirəyə nisbətən acıdır. Ədviyyat mədə pozulmaları və soyuqdəymə zamanı faydalıdır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır.

Mixək. Tərkibindəki evgenol maddəsi sayəsində mixəkdən ağrıkəsici və antiseptik vasitə kimi istifadə olunur. Mixəyin efir yağı bakteriyaların, göbələyin və virusların yayılmasının qarşısını alır, həzm sisteminin fəaliyyətini möhkəmləndirir. İspaniyalı alimlər müəyyən ediblər ki, mixəyin tərkibində antioksidant, iltihabəleyhinə xassəyə malik olan xeyli fenol birləşmələri var. Mütəxəssislərin sözlərinə görə, bu maddələr xərçəngi əmələ gətirən sərbəst radikalların vurduğu zədələrdən müdafiə edir.

Darçın. Darçın bağırsaq fəaliyyətinə çox yaxşı təsir edir, mədə şirəsinin ifrazına şərait yaradır, bununla da həzmi yaxşılaşdırır. Darçından həm də revmatizm və artrit ağrıları zamanı istifadə edilir. Bu ədviyyat qan dövranını yaxşılaşdırır, insanı sakitləşdirir.

Zəncəfil. Bu ədviyyat iştahanın pozulması və qıcqırma zamanı çox faydalıdır. Zəncəfil həm də öd kisəsi və mədəaltı vəzinin fəaliyyətinə öz müsbət təsirini göstərir. Ədviyyat, həmçinin qızışdırıcı xassəyə malikdir: siz zəncəfilli çay içdikdən 3-4 dəqiqə sonra tərləməyə başlayacaqsınız. Belə çay soyuqdəymə zamanı çox xeyirlidir.

Hil. Bu ədviyyat da zəncəfil ailəsinə aid edilir və antibiotik xassəsinə malikdir. Hil bu baxımdan sidik yollarının infeksiyası ilə mübarizədə faydalıdır. Hil, həmçinin mədə-bağırsaq problemlərində effektlidir, maddələr mübadiləsini və həzmi tənzimləyir, köpü aradan qaldırır. Bundan başqa, hil əsəb sisteminə müsbət təsiri ilə - yaddaşı möhkəmlətmək və əhval-ruhiyyəni yaxşılaşdırmaq xassəsi ilə də tanınıb.

Cövüz. Asiyada cövüz revmatizm və əzələ ağrıları, həmçinin mədə pozulmalarını sağaltma xassəsinə görə dəyərləndirilir.

(adsgarden = window.adsgarden || []).push({});
Seda Sayan sərxoş halda görün nə etdi like
  • 14 Okt 21:59  
Digərləri Seda Sayan sərxoş halda görün nə etdi

Türkiyənin məşhur müğənnisi Seda Sayanın sürücülük vəsiqəsi əlind

arrow Ətraflı
"Biz terrorçuları təmizləyənə qədər əməliyyatlara davam eldəcəyik" like
  • 14 Okt 21:54  
Siyasət "Biz terrorçuları təmizləyənə qədər əməliyyatlara davam eldəcəyik"

Dünyada siyasətçilərin populizmə yuvarlandığını görürük. Bu baxımda

arrow Ətraflı
Türkiyəli nazir: Kürdlərlə PKK terror təşkilatını eyni tutmaq kürdlərə həqarətdir like
  • 14 Okt 21:51  
Digərləri Türkiyəli nazir: Kürdlərlə PKK terror təşkilatını eyni tutmaq kürdlərə həqarətdir

Dünyada siyasətçilərin populizmə yuvarlandığını görürük. Bu baxımda

arrow Ətraflı
İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin like
  • 14 Okt 21:35  
Digərləri İtalyanlar cavanlığın sirrini açdı: Buna diqqət edin

İtalyan ekspertlərin fikrincə, insanın cavan qalmasında əsas rolu qida fak

arrow Ətraflı
Ayrıldılar, evi tərk etdi like
  • 14 Okt 21:20  
Digərləri Ayrıldılar, evi tərk etdi

Türkiyəli sənətçilər Yağmur Tanrısevsin və Oğuzhan Koç ayrılıb.

arrow Ətraflı
Ana olmağa hazırlaşan qadınların qidası like
  • 14 Okt 21:14  
Digərləri Ana olmağa hazırlaşan qadınların qidası

Gələcək ananın sağlamlığı həm də dünyaya gələn körpənin sağlaml

arrow Ətraflı
Türk qırıcıları terrorçuları havaya uçurdu like
  • 14 Okt 21:04  
Digərləri Türk qırıcıları terrorçuları havaya uçurdu

Türkiyənin Suriyada həyata keçirdiyi "Barış Pınarı" hərəkat

arrow Ətraflı