Mövlud Çavuşoğlu: Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam
Siyasət 14 Okt 2019 21:40:00 288 0
Azərbaycana qarşı Qərbdən gələn hücumları aydın görürük, mən Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı əsassız ittihamların şəxsən şahidi olmuşam.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda "Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar" beynəlxalq media konfransında çıxışı zaman deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır: "Hər zaman Azərbaycanın yanında olacağıq. Həm Türkiyənin, həm də Azərbaycanın haqlı davası üçün mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq. Məqsədimiz səylərimizi birləşdirərək millətimizin əmin addımlarla irəliləməsidir".
Mənbə: milli.az