Mövlud Çavuşoğlu: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir


Digərləri 14 Okt 2019 21:21:00 284 0

Mövlud Çavuşoğlu: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir

Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər

Bakı. Elçin Mehdiyev – Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni müdafiə edər, Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı müdafiə edər. Bu, bizim borcumuzdur. Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda “Qlobal medianın inkişaf trendləri: risklər və imkanlar” beynəlxalq media konfransında çıxışı zaman deyib. Nazir qeyd edib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda dünya səssizdir, Azərbaycana qarşı ikili standartlar mövcuddur: “Azərbaycanın bu haqlı mübarizəsində Azərbaycanı tək buraxmamalıyıq. Biz birgə çalışmalıyıq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin