Ekspert: "MDB rəhbərlərinin sammitində Azərbaycan Prezidenti obyektiv olaraq Ermənistan hakimiyyətini nasist cinayətkarların qəhrəmanlaşdırılmasında ittiham etdi"


Siyasət 14 Okt 2019 20:31:00 283 0

Ekspert: "MDB rəhbərlərinin sammitində Azərbaycan Prezidenti obyektiv olaraq Ermənistan hakimiyyətini nasist cinayətkarların qəhrəmanlaşdırılmasında ittiham etdi"

MDB dövlət başçılarının sammitində İlham Əliyev nasist cinayətkarlarının, xüsusilə də Qaregin Njdenin qəhrəmanlaşdırılması problemini çox dəqiq qeyd etdi.

Son.az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert Andrey İvanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin çıxışını Belarus Prezidenti Aleksandr Lukaşenko məntiqi olaraq dəstəklədi:

"Erməni baş nazirin izahatları isə tamamilə qeyri-inandırıcı idi. Paşinyan öz çıxışında hər şeyi, Birinci dünya müharibəsini, Stalin düşərgələrini, nasist cinayətkarlarını və yazıçı Soljenitsının fərdi taleyini qatıb qarışdırdı. Yəni, bir-biri ilə bağlı olmayan anlayışları əlaqələndirdi. Bu, duzlu ilə turşu müqayisə etməyə bənzəyir".

Ekspertin sözlərinə görə, Ermənistan hakimiyyəti milli ideologiyanın əsasına ümumi tarixin ayrılması ideyasını qoymaq istəyir:

"Qaregin Njdeyə heykəl qoyulması onu bildirir ki, Ermənistan Rusiya ilə ümumi heç nəyə malik olmaq istəmir. Nəticə necə olacaq? Tam qanuna uyğun olaraq görəcəyik ki, Ermənistan yavaş-yavaş suverenliyini itirir, iqtisadiyyatı zəifləyir, beynəlxalq arenada rolu azalır, erməni cəmiyyəti isə parçalanır. Əliyev və Lukaşenko Paşinyanı bu barədə xəbərdar etmək istədi. Amma Paşinyan qulaq asmaq istəmədi. Elə alınır ki, ermənilərdə hakimiyyət dəyişikliyinə olan ümidlər əbəs imiş. Yeni hakimiyyət də köhnə rəhbərlik kimi Ermənistanı uçuruma aparır".

Son.az