Əcnəbi Bakıda qadına qarşı 6 min manatlıq dələduzluq etdi


Digərləri 14 Okt 2019 21:00:00 302 0

Əcnəbi Bakıda qadına qarşı 6 min manatlıq dələduzluq etdi

Bakıda Türkiyə vətəndaşı dələduzluq edib.

Bakı. Samir Əli - Bakıda Türkiyə vətəndaşı dələduzluq edib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məsimova Kəmalə Fərman qızı polisə müraciət edərək bildirib ki, iyul ayında Türkiyə vətəndaşı Dəmir Əbdürrəhman Tur oğlu Nizami rayonu, S.Mirzəyev küçəsi 71 saylı ünvanın qarşısında ondan 6000 manat alıb. Ə.Dəmir qadının etibarından sui-istifadə edərək pulu dələduzluqla ələ keçirərək mənimsəyib.