Təqsirləndirilən şəxs: Müharibədə kontuziya aldığım üçün narkotik qəbul edirdim


Digərləri 14 Okt 2019 20:19:44 236 0

Təqsirləndirilən şəxs: Müharibədə kontuziya aldığım üçün narkotik qəbul edirdim

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən Ş.Məmədov özünü ittihamlarda təqsirli bilməyib: "Döyüşlərdə olmuşam, müharibədə kontuziya almışam. Narkotik maddəni ona görə ancaq özüm müalicə məqsədilə istifadə edirdim. Heç kimə narkotik satmamışam. Mənim həyətimdə 250 ədəd kol olmayıb. Uzağı 30-35 ədəd olub". Prosesdə ifadə verən şahid, Abşeron rayon Polis İdarəsinin əməliyyatçısı Əhmədov Elnur bildirib ki, daxil olmuş məlumat əsasında Şakir Məmmədovun həyətinə baxış keçirilib və külli miqdarda narkotik vasitə aşkarlanıb. Proses oktyabrın 28-də davam etdiriləcək.