Tovuzda avtomobil motosikletlə toqquşdu


Digərləri 14 Okt 2019 19:54:00 239 0

Tovuzda avtomobil motosikletlə toqquşdu

Tovuz şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 22 radələrində Tovuz şəhərinin Heydər Əliyev prospektində müəyyən edilməmiş avtomobillə Abulbəyli kənd sakini Babək Əliyevin idarə etdiyi "Muravey" markalı motosiklet toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Əliyev oktyabrın 14-də orada ölüb.

Tovuz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.