“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir?


Dünya 14 Okt 2019 19:39:00 274 0

“Sülh çeşməsi”: kim əleyhinə, kim lehinədir?

Türkiyə 5 gündür Suriyada "Sülh çeşməsi" əməliyyatına başlasa da, artıq dünya onun tərəfdarları və əleyhdarları olaraq iki yerə bölünüb.

Son.az Axar.az xəbər verir ki, Türkiyə əməliyyatın terrorizm əleyhinə, öz təhlükəsizliyinin təmin edilməsi üçün aparıldığını, Suriyanın ərazi bütövlüyünün əsas hədəf olduğunu və suriyalı qaçqınların təhlükəsizlik bölgəsində yerləşdiriləcəyini açıqlayıb. Buna baxmayaraq, əməliyyatın ilk günündən bir çox ölkələr məhz "Suriyanın ərazi bütövlüyü"ndən narahatlıq ifadə edirlər.

Ankaranın əməliyyatına qarşı mövqe, xüsusilə, Avropa Birliyində formalaşıb. AB ölkələri Ankaranı təkcə əməliyyatı dayandırmaqla yox, dayandırmayacağı halda sanksiya tətbiq edəcəkləri ilə təhdid edirlər. Türkiyənin əməliyyatına qarşı daha çox Fransa lideri Emmanuel Makron və Almaniya kansleri Angela Merkel aktivlik nümayiş etdirir.

ABŞ-da isə əməliyyatla bağlı ikitirəlik yaranıb. Belə ki, ABŞ hökuməti rəsmən əməliyyatı dəstəkləmədiyini açıqlayıb, amma əməliyyatlara müdaxilə etməyəcəyini, yalnız Türkiyənin razılaşdırılan həddi aşacağı təqdirdə Ankaraya embarqo tətbiq edəcəyini bildirib. ABŞ-ın qanunverici hakimiyyəti daha sərt mövqe tutub və təcili olaraq Ağ Evdən Suriyanın şimalındakı kürd qruplaşmalarını Türkiyəyə qarşı dəstəkləməsini tələb edib.

Ərəb ölkələri də Misirin rəhbərliyi altında Türkiyəyə qarşı aktivləşiblər. "Sülh çeşməsi" əməliyyatının başlanmasından sonra ərəb ölkələri Ankaranın addımının Suriyanın "ərazi bütövlüyünü pozduğunu" bəyan ediblər.

Beləliklə, "Sülh çeşməsi" əməliyyatının əleyhdarları:

ABŞ

Fransa

Böyük Britaniya

Almaniya

Rusiya

Kanada

Belçika

Niderland

Polşa

Finlandiya

İsveç

Danimarka

BƏƏ

Səudiyyə Ərəbistanı

Misir

İran

İordaniya

Livan

İraq

Bəhreyn