İtaliya yığması itki ilə üzləşdi


İdman 14 Okt 2019 18:28:00 355 0

İtaliya yığması itki ilə üzləşdi

Futbol üzrə İtaliya yığması itki ilə üzləşib.

Goal.az xəbər verir ki, müdafiəçi Danilo D'Ambrozio zədələnib.

Milan İnter-inin şərəfini qoruyan futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Yunanıstanla qarşılaşmada sıradan çıxıb. Hansı ki, həmin oyunda 2:0 hesabıyla qalib gələn İtaliya millisi ardıcıl 7 qələbə sayəsində artıq növbəti Avropa çempionatına vəsiqəni təmin edib.

“Gazzetta dello Sport”un yazdığına görə, D'Ambrozio Lixtenşteynə qarşı keçirəcəkləri növbəti oyunu buraxmalı olacaq. Onun bərpa müddəti ətraflı həkim müayinəsindən sonra müəyyənləşəcək.

Lixtenşteyn – İtaliya qarşılaşması oktyabrın 15-də baş tutacaq.