Qəbirdən səs gəldi: “Salam! Buraxın məni. Lənətə gəlsin, bura qaranlıqdır"


Digərləri 14 Okt 2019 18:11:00 293 0

Qəbirdən səs gəldi: “Salam! Buraxın məni. Lənətə gəlsin, bura qaranlıqdır"

İrlandiyadan olan Şey Bredli yaxınlarının onun ölümündən sonra kədərlənməməkləri üçün oyun qurub.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, o, vəfatından öncə vida səs yazısını lentə alaraq qızı Andreyadan bunu o, qəbrdə olarkən qoşmasını istəyib. Və qızı atasının vəsiyyətinə əməl edib. Belə ki, Bredlinin qəbri üstündə ağlayan qohum-dostları anidən kişinin səsini eşidiblər: "Salam!".

Daha sonra onun qapını döyməyi və qışqıraraq "Buraxın məni. Lənətə gəlsin, bura qaranlıqdır" deməyi eşidilib. Bununla da, onu sevənlərin göz yaşları bir anda gülüşlə əvəzlənib. 

Dəfn mərasimindən videonu Andreya Bredli feysbuk hesabında paylaşaraq bildirib: "Bax, bu adam inanılmaz kədər anında da bizi güldürdü".

(adsgarden = window.adsgarden || []).push({});