Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı


Digərləri 14 Okt 2019 18:14:00 238 0

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 582.8 mln. manat olub.

Bu barədə Son.az-a Mərkəzi Bankdan məlumat verilib.

Məlumata görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.