“Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları nəşr olunub


Digərləri 14 Okt 2019 18:12:00 234 0

“Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 21 Fevral – Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən “Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları işıq üzü görüb.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 21 Fevral – Beynəlxalq Ana dili Günü münasibətilə keçirilən “Dilimiz – milli-mənəvi sərvətimizdir” mövzusunda konfransın materialları işıq üzü görüb. Trend-in məlumatına görə, konfransa təqdim edilən məqalələr mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklərə və nəticələrə əsasən Təşkilat Komitəsi tərəfindən seçilərək kitaba daxil edilib. Kitabda 26 məqalə yer alıb. Topluda “Milli varlığımızın tək amili olan dilimizi qoruyaq”; “Heydər Əliyevin dil siyasətində miqrasiya prosesləri və çoxkonfessiyalı mədəniyyət”; “Heydər Əliyevin ideya-nəzəri irsində dil və mənəviyyat”; “Cahangir Qəhrəmanovun tədqiqatlarına “Nəsiminin dili”; “Məhəmməd Füzulinin dilində leksik arxaizmlər”; “Ana dili və onun keçdiyi inkişaf dövrü”; “Şəki dialektində işlənən rusmənşəli alınma sözlər”; “Azərbaycan Dilçiliyinin Bəkir Çobanzadə mərhələsi” və digər məqalələr dərc olunub. Kitaba “Ön söz” yazan Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu inkişaf etdirən mühüm və güclü ünsiyyət vasitəsidir. Ana dili insanın mənəvi aləminin və dünyagörüşünün zənginləşməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. C.Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin dil siyasətini böyük uzaqgörənliklə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə göstərilən diqqətin bariz nümunəsidir.