ADPUnun Quba filialında İnnovativ tədris auditoriyasının açılışı olub


Digərləri 14 Okt 2019 18:04:00 303 0

ADPUnun Quba filialında İnnovativ tədris auditoriyasının açılışı olub

Okrtyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Quba filialının İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin daxilində müasir standartlara cavab verən İnnovativ tədris auditoriyasının açılışı olub.

ADPU-nun Quba filialının mətbuat xidmətinin verdiyi məlumata görə auditoriyanın açılışında filialın direktoru dosent Yusif Alıyev, direktor müavinləri, dekan, kafedra müdirləri, struktur bölmə rəhbərləri, filialın professor-müəllim heyətivə tələbələriştirak edib.

Tədbiri ulu öndər Heydər Əliyevin "Təhsilimizin məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır" məşhur söyləmi ilə açan dosent Yusif Aliyev bildirib ki, qoloballaşan 4-cü sənaye inqilabının yaşandığı XXI əsr İnformasiya, innovasiya əsri olduğundan təhsili müasir texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. İnnovativ texnologiyalar təhsilin keyfiyyətini yaxşılaşdırmaqla pararel olaraq, təhsilverənin işini asanlaşdırır, təhsilalanların qısa zaman ərzində daha böyük həcmdə və keyfiyyətli informasiyanın qəbul etməsinə imkan yaradır.Son illər ADPU-nun rektoru professor Cəfər Cəfərovun Pedaqoji Universitetdə həyata keçirdiyi məzmun və forma islahatları nəticəsində müəllim hazırlığı istiqamətində həm respublika, həm də beynalxalq müstəvidə uğurlar əldə olunmuşdur. Belə ki, bu il ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU arasında ikili diplom sazişinin imzalanması Pedaqoji Universitetin və filialların daha sürətli, çevik, mobil və mövcud potensialdan maksimum şəkildə yararlanmaqla inkişaf etməsini tələb edir. Bu baxımdan ADPU-nun Quba filialında da ölkədə və dünyada baş verən yeniliklərlə ayaqlaşmaq üçün mövcud imkanlardan yararlanaraq tədrisin və elmi potensialın yüksəldilməsinə səy göstərilir. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilən təhsil strategiyasının tələblərindən irəli gələn çoxlu sayda işlər görülür. Yeni, müasir tipli auditoriyalar hazırlanaraq tələbələrin və müəllimlərin istifadəsinə verilir. Hazırda sizinlə birgə açılışında iştirak etdiyimiz müasir standartlara cavab verən, böyük həcmli yaddaş tutumlarına malik, son nəsil kompyuterlərdən ibarət geniş, işıqlı auditoriyanın hazırlanaraq tələbələrin istifadəsinə verilməsi də təhsilin inkişafına xidmət edən Strateji yol xəritələrinin tələbləri əsasında yaradılmışdır. Filialımızda təhsil alan 800-dən artıq tələbənin yüksək təhsil alması üçün göstərilən xidmətlərin keyfiyyətinin artırılması qarşımızda böyük hədəf kimi qoyulub və bu yöndə yorulmadan çalışmalıyıq, - deyə dosent Y.Alıyev qeyd etdi.

Tədbirdə həmçinin filialın Tədris işləri üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru İsmayıl Mahmudov, filialın Pedaqoji fakultəsinin dekanı filologiya üzrə fəlsəfə doktoru Qələmşah İdrisov, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dosent Güləddin Həmzəyev, Pedaqoji və ictimai fənlər kafedranın müdiri tarix üzrə fəlsəfə doktoru Elnur Nəsirov və başqaları İKT avadanlıqları və innovativ texnologiyaların təhsildəki əhəmiyyətindən ətraflı bəhs etdilər.

Sonda filialın İnformasiya Kommunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev çıxış edərək yeni açılan mərkəzin əhəmiyyətindən danışaraq vurğuladı ki, auditoriya 16 ədəd monoblok kompyuter, 1 ədəd Promethan elektron interaktiv lövhə və 1 ədəd proyektorla təchiz olunub. Bütün kompüterlərə 20 MB-li yüksək optik internet şəbəkəsi ilə internet verilib. 2018-ci ilin istehsalı "Lenova" (10RX000SUM) markalı monobloklar Pentium IVprosesoru, 8 QB hard disk olmaqla, Windows 10 əməliyyat sistemi ilə təchiz olunub. Promethan elektron interaktiv lövhə isə sensor ekranlı olmaqla Activİnspire proqramı ilə təmin olunub.