Moldova səfiri: Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına böyük dəstək verir


Digərləri 14 Okt 2019 17:56:00 277 0

Moldova səfiri: Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına böyük dəstək verir

Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına ölkə səviyyəsində böyük dəstək verir.

Bakı. Ceyhun Ələkbərov - Bakıda keçirilən bal yarmarkası kənd təsərrüfatına ölkə səviyyəsində böyük dəstək verir. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə birgə bal yarmarkasında olan Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yarmarkada müxtəlif növdə, hər istəyə uyğun bal var: “Yarmarka çox yüksək səviyyədə təşkil olunub və burada müxtəlif növdə, həm çiçəklərdən, həm də ağaclardan alınan ballar var. Onlar arasında şabalıd ağacının çiçəklərindən alınan balın dadına baxdıq, çox xoşagələn dadı var”.