“Sağlam məktəbli” regionlarda məktəblilərlə görüşə davam edir – bu dəfə Abşeron, Salyan və Gəncədə (FOTO)


Digərləri 14 Okt 2019 17:42:00 230 0

“Sağlam məktəbli” regionlarda məktəblilərlə görüşə davam edir – bu dəfə Abşeron, Salyan və Gəncədə (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir. AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsi 1 saylı tam orta məktəb, Salyan rayonu Aşıq Pənah adına 1 saylı məktəb-lisey və Gəncə şəhəri 27 saylı məktəb-liseyinin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, quduzluq və ondan qorunma yolları, konservləşdirilmiş məhsulların düzgün saxlanma qaydaları, məktəblinin düzgün və sağlam qidalanması barədə ətraflı məlumat verilib. Görüşdə məktəblilərə qida sahəsində hər hansı neqativ halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 “Çağrı Mərkəzi”nə müraciət etmələri bildirilib.