Tovuz sakinini bıçaqlayaraq öldürən şəxs tutulub


Digərləri 14 Okt 2019 17:34:00 285 0

Tovuz sakinini bıçaqlayaraq öldürən şəxs tutulub

Oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən xəbərə görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.