Fransa - Türkiyə matçının ləğvi tələb edildi


İdman 14 Okt 2019 17:19:00 352 0

Fransa - Türkiyə matçının ləğvi tələb edildi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən kritik Fransa - Türkiyə matçı öncəsi yeni hadisələr yaşanıb.

Goal.az xəbər verir ki, fransız siyasətçilər qarşılaşamanın ləğv edilməsi üçün Fransa Futbol Federasiyasına müraciət ediblər. Federasiyadan isə bu qərarı vermə hüququnun yalnız UEFA-ya aid olduğu bildirilib.

"L'equipe"nin yaydığı məlumata görə, federasiyanın açıqlamasında "Fransa olaraq bu matçə ləğv edə bilmərik. Bu hüquq UEFA-ya aiddir. Matçın keçirilməməsi üçün terror və oxşar təhdidlər mövcud deyil" deyə qeyd olunub.

Fransa Futbol Federasiyası matçın ləğv olunmasının nə ilə nəticələnəcəyinə dair UEFA-ya sorğu da göndərib. Qurum bu halda qərarı açıqlamaq üçün toplantı keçirmək lazım olduğunu, ancaq zaman baxımından bunun mümkünsüzlüyü əsas gətirilərək cavab verməkdən imtina edib. Fransa Futbol Federasiyası isə risk etməyib.

Daha əvvəl "Stad de Frans"da olacağı planlaşdırılan Xarici İşlər Naziri isə fikrini dəyişib. Prezident Emanuel makron da stadionda olmayacaq.

Bakı vaxtı ilə 22:45-də başlayacaq Fransa - Türkiyə matçında anşlaq olacağı gözlənilir. 81 min azarkeş tutumuna malik "Stad de Frans"da türk tərəfdarların sayı 40 mindən çox olacaq.