DGK Bakı Baş Gömrük İdarəsində qanunsuz ƏDV tələb olunmasına dair məlumatlara aydınlıq gətirib
Digərləri 14 Okt 2019 17:15:00 233 0
“Şimal Servis” MMC-dən “qanunsuz” olaraq ƏDV tələb olunduğuna dair məlumatlar yaymlanıb.
Bakı.
Bakı Baş Gömrük İdarəsində lizinq müqaviləsi əsasında ölkəyə tibbi avadanlıqlar idxal edən “Şimal Servis” MMC-dən “qanunsuz” olaraq ƏDV tələb olunduğuna dair məlumatlar yaymlanıb.
Bunu Trend-ə Dövlət Gömrük Komitəsindən (DGK) bildiriblər.
Komitə qeyd edir ki, həmin məlumatlar həqiqətə uyğun deyil və “Şimal Servis” MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib:
"Belə ki, “Şimal Servis” MMC cari ilin avqust ayında Bakı Baş Gömrük İdarəsinə bəyannamə ilə birlikdə üçtərəfli lizinq mqaviləsi də təqdim edib. Həmin sənəddə müqavilənin subyektləri olaraq lizinq verən “Şimal Servis” MMC, lizinq alan “V.A. Grup” MMC, mal satan tərəf isə “GHİ Solutions GMBH” şirkətlərinin adı qeyd olunub.
Gömrük bəyannaməsindəki məlumatların yoxlanılması zamanı isə mal-müşayiət sənədlərinə (göndərən ölkənin ixrac bəyannaməsi, mənşə sertifikatı, daşınma sənədləri) əsasən malların həmin lizinq müqaviləsinin subyekti kimi çıxış etməyən “Sirona Dental Systems GMBH” şirkəti tərəfindən göndərilməsi müəyyən edilib ki, bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1 və 747.5-ci maddələrinin tələbləri pozulub. Buna görə də idxal edilən həmin mallar lizinq müqaviləsinin obyekti hesab edilməyib.
Mənbə: az.trend.az