Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır


Digərləri 14 Okt 2019 16:50:00 69 0

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

"Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyası "Hava gəmilərinə texniki xidmət göstərən personalın hazırlığı üzrə Texnik-mexanik (B-1) və Texnik-avionik (B-2) kursları"na qəbul elan edir.

Kurslara 18 yaşından 32 yaşınadək orta və ya ali təhsilli, ingilis dilini yaxşı səviyyədə bilən, sağlamlığı ilə bağlı ciddi problemi olmayan, həmçinin texnika ilə işləmək həvəsi və bacarığı olan gənclər qəbul edilir.

Kurslara qəbul "Azərbaycan Hava Yolları", "Silk Way Airlines" aviaşirkətləri və "Silk Way Helicopter Services", Milli Aviasiya Akademiyası, həmçinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin aparıcı mütəxəssislərindən ibarət komissiyanın rəyi əsasında aparılacaq.

Kursların müddəti 21 aydır, təhsil haqqı 3000 manat təşkil edir. Hazırlıq zamanı yüksək göstəricilər əldə etmiş dinləyicilərə endirim təklif olunacaq.

Kursları müvəffəqiyyətlə bitirmiş və imtahanlardan uğurla keçmiş şəxslər Azərbaycanın Aviasiya Qaydaları (AAQ-147) əsasında fəaliyyət göstərən "Təsdiqlənmiş təlim təşkilatı"nın Sertifikatını əldə edəcəklər.

Sertifikat almış şəxslər "Azərbaycan Hava Yolları", "Silk Way Airlines" aviaşirkətlərində, "Silk Way Technics", "Silk Way Helicopter Services" və digər aviasiya müəssisələrində ixtisas üzrə işlə təmin olunacaqlar.

Təyyarə və helikopterlərə texniki xidmət müəssisələrində işləyən şəxslərə təcrübəsindən və ixtisasından asılı olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 1-ci Əlavəsinin və Hava gəmilərinin uçuşa yararlığının saxlanılması üzrə Azərbaycanın Aviasiya Qaydalarının (AAQ-66) tələblərinə uyğun "Hava gəmilərinə texniki xidmət göstərən personalın şəhadətnaməsi" veriləcək.

Sənədlərin qəbulu noyabrın 1-dək Milli Aviasiya Akademiyasında, AZ-1045, Bakı şəhəri, Mərdəkan prospekti 30 ünvanında aparılacaq.

Məsul katib: Toğrul Kərimli, telefon: (012) 497-26-00 (daxili 21-39, 23-49).

Nursultan Nazarbayev Azərbaycana gəlib like
  • 14 Okt 16:47  
Siyasət Nursultan Nazarbayev Azərbaycana gəlib

Qazaxıstan Respublikasının birinci Prezidenti, Türkdilli Dövlətlərin Əm

arrow Ətraflı
Nursultan Nazarbayev Azərbaycana gəlib (FOTO) like
  • 14 Okt 16:45  
Digərləri Nursultan Nazarbayev Azərbaycana gəlib (FOTO)

Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Na

arrow Ətraflı
Nüvə qüvvələrinin “İldırım-2019” təlimləri harada keçiriləcək? like
  • 14 Okt 16:41  
Digərləri Nüvə qüvvələrinin “İldırım-2019” təlimləri harada keçiriləcək?

Rusiyanın müxətlif hərbi poliqonlarında “İldırım-2019” nüvə qüvv

arrow Ətraflı
Cavid evlənir like
  • 14 Okt 16:39  
Şou-biznes Cavid evlənir

Aparıcı Cavid Gül evlənməyə hazırlaşır.

arrow Ətraflı
MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır like
  • 14 Okt 16:35  
Digərləri MSK seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayır

Bakıda və regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara b

arrow Ətraflı
Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub like
  • 14 Okt 16:34  
Digərləri Gənc dul qadın müəmmalı şəraitdə 123 milyon dollar mirasa sahib olub

Bu günlərdə macar ictimaiyyətini maraqlı mövzu narahat edir.

arrow Ətraflı
Dağlıq Qarabağın azərbaycanlı icması etiraz məktubu göndərdi like
  • 14 Okt 16:29  
Siyasət Dağlıq Qarabağın azərbaycanlı icması etiraz məktubu göndərdi

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanl

arrow Ətraflı
Milan-ı Berluskoni geri qaytara bilər like
  • 14 Okt 16:29  
İdman Milan-ı Berluskoni geri qaytara bilər

Milan-ın keçmiş sahibi Silvio Berluskoni komandanın

arrow Ətraflı
Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək (FOTO/VİDEO) like
  • 14 Okt 16:26  
Digərləri Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək (FOTO/VİDEO)

Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olun

arrow Ətraflı