“Oleq Bakinski”nin qızının toyunda “qanuni oğru”nu şilküt edənlər “Şakro Molodoy”un adamlarıdır


Kriminal 14 Okt 2019 16:26:00 311 0

“Oleq Bakinski”nin qızının toyunda “qanuni oğru”nu şilküt edənlər “Şakro Molodoy”un adamlarıdır

Kiyevdə bakılı kriminal avtortet "Oleq Bakinski"nin qızının toyunda "Nedelya" ləqəbli "qanuni oğru" Andrey Nedzelskinin döyülməsinin və tituldan məhrum edilməsinin təfərrüatları məlum olub.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, onu hazırda həbsdə olan "Şakro Moldoy" ləqəbli Zaxari Kalaşovun klanının üzvləri döyüblər. Hazırda "Nedelya"nın vəziyyəti olduqda ağırdır.

Münaqişə isə belə başlayıb ki, "Şakro Molodoy"un adamlarından "Yurya Moldovan" ləqəbli Yuri Yerinyak "Nedelya"nı "oğrulara qarşı sifarişlər verməkdə" günahlandırıb. "Nedelya" isə buna cavab olaraq əlini yelləyib və belə iddiaları "fraer" (kriminal jarqonda aşağılayıcı ifadə) adlandırıb. Bu zaman "Şakro Molodoy"un toyda iştirak edən qohumları-David Ozmanov ("Dato Krasnodarski") , Nodari Asoyan ("Nodar Rustavskiy") və Nodar Aloyan ("Nodar Tbilisskiy" ) bu sözü Şakronun özünə qarşı təhqir kimi qiymətləndiriblər. Dava başlayıb və "Şakro Molodoy"un adamları Nedzelskini döyərək onun artıq "qanuni oğru" adı daşımadığını bildiriblər.

Nedzelskinin bundan əvvəl Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələri barədə xəbər yayılmışdı, amma o həmin iddialarla bağlı heç bir reaksiya verməyib, izahatla çıxış etməyib və həmkarları ilə təmaslardan qaçıb. Hesab edilir ki, Kiyevdəki insident Ukraynadakı kriminogen situasiyanı dərginləşdirə və kriminal qruplaşmalar arasında hesablaşmalara səbəb ola bilər.

Qeyd edəki ki, kriminal aləmdə "Nedelya" və ya "Lvov" kimi tanınan Ukraynanın kriminal avtoriteti Andrey Nedzelski Kiyevdə tacdan məhrum edilib və döyülüb.