Milan-ı Berluskoni geri qaytara bilər


İdman 14 Okt 2019 16:29:00 303 0

Milan-ı Berluskoni geri qaytara bilər

Milan-ın keçmiş sahibi Silvio Berluskoni komandanın əvvəlki şöhrətini qaytarmağın yolunu göstərib.

Goal.az xəbər verir ki, Berluskoni Milan-ı yenidən ona qaytarmağın vacib olduğunu bildirib:

“Elə şeylər var ki, onu yalnız tualetə girib qapını arxadan bağladıqdan sonra deyə bilərsən. Milan-ın yenidən böyük kluba neçə çevirmək olar? Bunun çox sadə, həm də çətin yolu var. Komandanı Silvo Berluskoniyə qaytarmaq”.

Berluskoni 1986-2016-cı illərdə Milan-ın sahibi olub. Klub onun rəhbərliyi altında 8 dəfə İtaliya çempionu olub, 3 dəfə Çempionlar Liqasını qazanıb. Hazırda klubun səhmləri “Elliott Management” kompaniyasına məxsusdur.