Rusiyada mer qəzada öldü


Digərləri 14 Okt 2019 16:17:00 269 0

Rusiyada mer qəzada öldü

Rusiyanın Xakasiya Muxtar Respublikasının paytaxtı Abakan şəhərinin meri Nikolay Bulakin yol qəzasında həlak olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xakasiya hökumətinin Mətbuat xidməti məlumat yayıb.

Hadisə bu gün Krasnoyar diyarında, Minusink şəhərinin yaxınlığında baş verib. 

Məlumata görə, "Ford Explorer" markalı avtomobilin sükanı arxasında əyləşən şəhər rəhbəri idarəetməni itirərək ağaca çırpılıb. O, hadisə yerindəcə vəfat edib.