Klopp Manchester United və Real-ın təklifini niyə qəbul etməyib?


İdman 14 Okt 2019 16:08:00 367 0

Klopp Manchester United və Real-ın təklifini niyə qəbul etməyib?

Liverpool-un baş məşqçisi Yurgen Klopp 2015-ci ildə Manchester UnitedReal-dan təklif alıbmış.

Goal.az xəbər verir ki, bu barədə Liverpool-un sabiq futbolçusu Robbi Fauler məlumat verib. Ancaq Klopp hər iki təklifdən imtina edib:

“Bir neçə il əvvəl Kloppdan müsahibə almışdılm. Həmin vaxt Yurgen etiraf etmişdi ki, Dortmund Borussia-sından ayrılarkən bir neçə top-klubdan təklif alıb. Onlardan biri MU, digəri isə Real olub. Ancaq bu klublar biznes amillərinə daha çox kökləndikləri üçün Klopp onların təklifindən imtina edib. Onu Liverpool-un layihəsi cəlb edib. Üstəlik, o, həmin vaxt deyirdi ki, “Enfild”i yenidən böyük arenaya çevirmək istəyir. Həm də çoxlu pulla yox. O, bunun üçün başqa yol bildiyini vurğulayırdı. Klopp hələ ki, zirvəyə yüksəlməyib. Ancaq yol ora aparır. Bu dəqiqdir ki, Klopp Liverpool-un azarkeşlərinə özünəinamı qaytarıb”.

Klopp Liverpool-a 2015-ci ilin oktyabrından işləyir.