Fərid Şəfiyev: Türk Şurasının qarşısında olan əsas vəzifələr nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir


Digərləri 14 Okt 2019 15:33:00 239 0

Fərid Şəfiyev: Türk Şurasının qarşısında olan əsas vəzifələr nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir

Növbəti 10 ildə Türk Şurasının qarşısında olan əsas vəzifələr daxili inteqrasiyanı dərinləşdirmək məqsədi ilə nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir.

Bakı. Növbəti 10 ildə Türk Şurasının qarşısında olan əsas vəzifələr daxili inteqrasiyanı dərinləşdirmək məqsədi ilə nəqliyyat, ticarət və turizm əlaqələrini genişlətməkdir. Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. 2019-cu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qurulmasının 10-cu ildönümüdür və bu səbəbdən 15 oktyabr tarixində Bakıda Azərbaycanın ev sahibliyində Şuranın VII Zirvə görüşü keçiriləcək. F.Şəfiyevin sözlərinə görə, Türk Şurası ilə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindəndir: "Bu zirvə görüşünün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin və ölkəmizin regionda və dünyada etibarlı və güclü bir tərəfdaş olduğunun sübutudur. 2018-ci ildə VI Türk Şurası sammitində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Türkdilli ölkələrlə əməkdaşlığını genişlətdiyini və siyasi, iqtisadi, ticarət. energetika, nəqliyyat, humanitar sahələrdə müsbət nəticələr əldə etdiyini bildirib. 2009-cu il oktyabr ayının 3-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri tərəfindən imzalanan Naxçıvan Sazişi ilə qurulan Türk Şurasının əsas məqsədi Türkdilli ölkələr arasında mədəni, siyasi, iqtisadi, nəqliyyat, təhlükəsizlik, hüquqi sahədə əməkdaşlığı regional və qlobal müstəvidə genişlətmək və mümkün olduğu qədər inteqrasiyanı dərinləşdirməkdir. Şura 2009-cu ildə qurulanda dünyada Türkdilli olaraq qəbul edilən 6 dövlət olsa da, onlardan sadəcə 4-ü Şuraya üzv oldu. Türkmənistan BMT tərəfindən qəbul edilən tərəfsizlik statusu səbəbi, Özbəkistan isə qapalı xarici siyasət kursu həyata keçirdiyi üçün Şuraya üzv olmamışdır. Lakin 10 il ərzində yaşanan bir çox dəyişiklik Türk Şurasına üzv olmaq üçün dövlətlərdə marağı artırdı. Avropa İttifaqının üzvü olan Macarıstan Türk Şurasının müşahidəçi üzvü oldu və Özbəkistanda Şevkət Mirziyoyevin prezident olması ilə birlikdə ölkənin açıq xarici siyasət həyata keçirməsi nəticədə Türk Şurasına üzv olması ilə nəticələndi. Bu mənada 2019-ci il Türk Şurası üçün əlamətdar edən hadisə sadəcə Naxçıvan Müqaviləsinin 10-cu ildönümü olması deyil, eyni zamanda Özbəkistanın üzvlüyüdür. Özbəkistan Türkdilli ölkələr arasında 50 milyard dollarlıq ümum daxili məhsulu ilə dördüncü, 34 milyonluq əhalisi ilə 2-ci yerdədir. Özbəkistanın bu gücü Türk Şurasında bir çox fəaliyyət sahəsində aktiv iştirak etməsinə səbəb olacaqdır. Bu səbəbdən gələcəkdə Türk Şurasına həm maraq artıracaq, həm də bir çox layihənin həyata keçirilməsi sürətlənəcəkdir". F.Şəfiyev qeyd edib ki, bu ilin sentyabr ayının 19-da eyni zamanda Şuranın müşahidəçi üzvü olan Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının ofisi açılması da vacib bir hadisə olaraq yadda qaldı: