Usta cüdoçularımız dünya çempionatında 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb (FOTO)


Digərləri 14 Okt 2019 14:49:55 258 0

Usta cüdoçularımız dünya çempionatında 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb (FOTO)

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

Bakı. Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatının 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub. Trend-in məlumatına görə, ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçular Rəsul Səlimov (M-2, 90 kq) və Elxan Rəcəbli (M-2, 90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. M-2 kateqoriyası üzrə 66 kq çəki dərəcəsində yarışan həmyerlimiz Vüqar Babayev yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalına layiq görülüb. Bu, Azərbaycan millisinin Mərakeşdə qazandığı 7-ci medal olub. Qeyd edək ki, əvvəlki yarış günlərində Fərhad Rəcəbli, Məmməd Məmmədov, Mübariz Cəfərov mundialda 1-ci yeri, Müşviq Cəfərov isə 3-cü yeri tutub.