"Türk Hava Yolları” bu il 56.4 milyon sərnişinə xidmət göstərib


Digərləri 14 Okt 2019 14:54:31 226 0

"Türk Hava Yolları” bu il 56.4 milyon  sərnişinə xidmət göstərib

“Türk Hava Yolları”nın sentyabr ayı üçün ümumi daşıma həcmi 82.9% olub.

Bakı. “Türk Hava Yolları”nın sentyabr ayı üçün ümumi daşıma həcmi 82.9% olub. Milli bayraqdar ötən ay ərzində ümumilikdə 6.7 milyon sərnişinə xidmət göstərib. Aviaşirkətin yerli və beynəlxalq hava daşımalarının həcmi müvafiq olaraq 86.1% və 82.5% olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə məntəqədən məntəqəyə uçan sərnişinlərin (tranzit sərnişin) sayı 6.2%, beynəlxalq sərnişinlərin sayı isə 5.5% artıb. 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin sentyabr ayında şirkətin həyata keçirdiyi yük daşımalarının həcmində də artım var - 9.8%. “Türk Hava Yolları” 2019-cu ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişin daşıyıb. Həmin dövr ərzində ümumi hava daşımalarının həcmi isə 81.4%-dir. Beynəlxalq hava daşımalarının həcmi 80.7%, yerli hava daşımalarının həcmi isə 86.4% olub. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində “Türk Hava Yolları”nın məntəqədən məntəqəyə (tranzit) sərnişin daşıması 3.9% artıb.