36 aylıq körpələri oğurlayıb təcavüz edir, sonra öldürürmüş


Dünya 14 Okt 2019 14:41:00 275 0

36 aylıq körpələri oğurlayıb təcavüz edir, sonra öldürürmüş

1977-ci ilin payızında məşhur sovet generalının oğlu bütün Moskvanı dəhşətə gətirdi. Həmin ilin oktyabrında yalnız Sovet İttifaqının deyil, o cümlədən bütün dünyanın tarixindəki ən iyrənc insanlardan biri - pedofil seksual manyak tutulub.

1 ay boyunca, Anatoli Biryukov 5  körpəni qaçırıb onlara təcavüz edərək, öldürmüşdü.

Bu iş o qədər dəhşətli idi ki, Sovet Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnev işin gedişatını şəxsən izləyirdi.

Son.az ölkə.az-a istinadən bildirir ki, cinayətkar tutulanda çoxları buna inanmaqda çətinlik çəkirdi. Çünki manyak dəli residivist psixopat deyil, məşhur generalın və Sovet İttifaqı Qəhrəmanının oğlu idi.

Bir qatilin tarixçəsi...

İlk dəfə Anatoli Biryukov 1971-ci ildə hüquq-mühafizə orqanlarının nəzərinə tuş gəlib. Manyak uşaq xəstəxanasının yaxınlığında dayanan arabanı oğurlamağa çalışərkən yaxalanıb. Xoşbəxtlikdən uşağın anası bunu vaxtında görür, qışqır bağır salır. Lakin Anatoli  polisi aldada bilr. O, sadəcə ananı uşağı nəzarətsiz qoyduğuna üçün dərs vermək istədiyini bildirir. Lakin o, zarafatının o qədər də uğurlu olmadığını etiraf edərək, inzibati cəza ilə canını qurtara bilir. 

Lakin bir neçə aydan sonra kişi yenidən arabanı oğurlamaq istəyərkən saxlanlır.  Bu dəfə o, canını yüngül cəza ilə qurtarmağı bacarır. Bundan sonra Biryukov bir neçə il sakitləşir  və heç bir cinayət törətmir.

1977-ci il 16 sentyabrda Moskva vilayətinin Şukino bölgəsindəki binaların birinin blokunda körpə cəsədi tapılır. Bu 3 aylıq körpə əvvəl təcavüzə uğrayıb, sonra bıçaqlanaraq  öldürülmüşdü. 

Tutulduqdan  sonra Biryukov müstəntiqlərə qətlinin qorxduğu üçün törətdiyini deyir. Girişdə uşağa təcavüz etdikdən sonra, kiminsə gəldiyini görən manyak izi itirmək üçün körpəni qətlə yetirir. 

Birinci qətldən sonra Biryukov öz üzərindəki nəzarəti tamamilə itirir. Üç gündən sonra, sentyabrın 19-da, "Detskiy Mir" mağazasının yaxınlığında qalan 3 aylıq bir qız uşağını oğurlayır. Bu dəfə uşaq oğrusunu görən bir neçə nəfər tapılır. Lakin onların verdiyi təsvirdən onu tapmaq qeyri-mümkün olur.  Ən əsası, heç kim cinayətkarın əsas əlamətlərini - uşaqlıqda aldığı sol yanağında böyük bir çapığı görmür. 

Bundan sonra polis Brejnevin nəzarəti altında daha gücləndirilmiş rejimə keçir. Hər küçə, hər dalan qarış-qarış axtarılır. . Lakin 1 həftə sonra yenə 3 aylıq qız uşağı qaçırılır. Tezliklə onun cəsədi çöldəki ərazilərin birində aşkar edilir. Körpənin ölüm səbəbi kimi cinsi təcavüz göstərilir.

Hadisədən bir neçə gün sonra, oxşar vəziyyətdə başqa bir uşaq meyiti aşkar edildi. Oktyabrın əvvəlində, poliqonlardan birində, 19 sentyabrda qaçırılan bir qızın meyiti tapıldı, o da cinsi təcavüzə məruz qalmışdı.

Bu cinayət hətta təcrübəli kriminal müstəntiqlərini belə heyrətə gətirirdi. Onlar dəfələrlə öz praktikalarında bu cür manyakla rastlaşmadıqlarını bildirirdilər.  Biryukov 3-6 aylıq körpələri, (həm oğlan, həm də qız uşaqlarını) qaçıraraq təcavüz edirdi. 

Bir aydan sonra nəhayət, manyak onu tapmağa imkan verən bir səhv etdi.