Təmir olunan bankın binası uçuldu


Dünya 14 Okt 2019 14:10:00 265 0

Təmir olunan bankın binası uçuldu

Çində təmiri aparılan bank binası uçub.

Son.az Trend-ə istinadən bildirir ki, uçulan binada ölkənin şimal-şərqində Tszilin vilayətində yerləşən Aqrar Kommersiya Bankının ofisi yerləşib.

Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Daha 2 nəfər fəhlənin dağıntılar altında qaldığı bildirilir. Hazırda onların xilas edilməsi üçün operativ iş aparılır.