Unibank təqaüdçülər üçün krediti 0% komissiyalı etdi


Digərləri 14 Okt 2019 14:24:00 270 0

Unibank təqaüdçülər üçün krediti 0% komissiyalı etdi

İndi "Unibank"da təqaüdçülər üçün kredit komissiyasızdır. Oktyabrın 25-dək "Unibank"dan kredit götürən bütün təqaüdçülər 10.000 AZN-dək krediti 0% komissiya ilə əldə edə biləcəklər.  Kampaniyadan təqaüdü 100 manatdan başlayan hər bir təqaüdçü faydalana bilər.

"Unibank"dan krediti götürmək təqaüdçülərə xüsusi üstünlüklər verir:

- komissiya 0%;

- kreditin məbləği 10.000 AZN-dək;

- sığorta xərci yoxdur;

- zamin tələb olunmur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.