Arif Rəhimzadə: Avrasiya İqtisadi İttifaqının pensiya ilə bağlı təcrübəsi üzv olmayan dövlətlər üçün də gündəmdədir


Digərləri 14 Okt 2019 14:27:00 228 0

Arif Rəhimzadə: Avrasiya İqtisadi İttifaqının pensiya ilə bağlı təcrübəsi üzv olmayan dövlətlər üçün də gündəmdədir

Pensiya təyinatı zamanı stajın nəzərə alınması ilə bağlı Avrasiya İqtisadi İttifaqının təcrübəsi bu quruma üzv olmayan dövlətlər üçün də kifayət qədər gündəmdə olan məsələdir.

Bakı. İlhamə İsabalayeva - Pensiya təyinatı zamanı stajın nəzərə alınması ilə bağlı Avrasiya İqtisadi İttifaqının təcrübəsi bu quruma üzv olmayan dövlətlər üçün də kifayət qədər gündəmdə olan məsələdir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik. Trend-in məlumatına görə, bunu MDB iştirakçı dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, MDB dövlətlərində təqaüd yaşına yaxın olan insanların işdən çıxarılması, təqaüdün kifayət qədər yüksək olmaması, aztəminatlı qrupların və işçi miqrantların sosial tədbirlər ilə tam əhatə olunmaması kimi problemlər var. Bu baxımdan problemlərin həllində Avrasiya İqtisadi İttifaqının dövlətlərinin təcrübəsinə istinad etmək olar: "Bu İttifaqda nəzərdə tutulur ki, işçilərin sosial təminatı hər bir dövlətin öz şəraitinə uyğun olaraq həll edilsin və İttifaqın istənilən ölkəsində işləməsindən asılı olmayaraq, pensiya təyinatı zamanı staj nəzərə alınsın, hər bir üzv dövlət təqaüd məbləğini müəyyən etsin və öz qanunvericiliyi əsasında pensiyanın heablanmasını təmin etsin, pensiya bütün iş stajına əsasən təmin olunsun. Həmin təcrübə Avrasiya İqtisadi İttifaqının istənilən dövlətinə aiddir və bu, üzv ölkələrdə işləyənlərin sosial müdafiəsinə müsbət təsir edəcək. Avrasiya İqtisadi İttifaqına üzv olmayan dövlətlər üçün də bu məsələ kifayət qədər gündəmdədir. Düşünürəm ki, biz də bu qərarları qəbul etməliyik. Məhz bu səbəbdən Məşvərət Şurasına təklif edirəm ki, bu kimi məsələlərin qəbul edilməsinə diqqət etsinlər".