Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı


Digərləri 14 Okt 2019 14:01:00 285 0

Seda Sayanın sürücülük vəsiqəsi əlindən alındı

Türkiyənin məşhur müğənnisi, TV 8-də yayımlanan "O səs" yarışmasının münsifi Seda Sayanın sürücülük vəsiqəsi əlindən alınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb sənətçinin sərxoş halda avtomobil idarə etməsi olub.

İstanbulun Zincirlikuyu ərazisində saxlanılan ifaçının spirtli içkidən istifadə etdiyi məlum olub. S.Sayanın vəsiqəsi altı ay müddətinə əlindən alınıb.

"İldə 2-3 dəfə maşın sürürəm. Onda da sərxoş halda saxlanılıram" - Seda mövzu barədə açıqlama verib.

(adsgarden = window.adsgarden || []).push({});