Çempionlar Liqasının finalına ev sahibliyi İstanbuldan geri alınmayacaq


İdman 14 Okt 2019 14:00:00 348 0

Çempionlar Liqasının finalına ev sahibliyi İstanbuldan geri alınmayacaq

UEFA Çempionlar Liqasının finalına ev sahibliyi hüququnun Türkiyənin İstanbul şəhərindən geri alınması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Goal.az-ın məlumatına görə, qurumun vitse-prezidenti Mikel Uva "Radio-1"ə açıqlamasında bu məsələnin müzakirə olunmadığını söyləyib: "Finala ev sahibliyi hüququnu geri almaq ciddi addımdır. Düşünürəm ki, hazırda belə bir müzakirəyə başlamaq üçün hansısa şərtlər yoxdur. Əlbəttə, UEFA İcraiyyə Komitəsi vəziyyəti qiymətləndirəcək. Amma sanksiyalar barədə danışmaq tezdir".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Xatırladaq ki, Çempionlar Liqasının finalı 2020-ci il mayın 30-da İstanbuldakı "Atatürk" Olimpiya Stadionunda keçiriləcək.