İstanbulda yenə zəlzələ oldu, əhali təşviş keçirdi


Digərləri 14 Okt 2019 13:52:00 287 0

İstanbulda yenə zəlzələ oldu, əhali təşviş keçirdi

İstanbulda bu gün yenə zəlzələ baş verib.

Bakı. Rufiz Hafizoğlu - İstanbulda bu gün yenə zəlzələ baş verib. Trend-in məlumatına görə, təkanlar 3,1 bal gücündə olub. Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmasa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar. Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb.