Üç İsa


Digərləri 14 Okt 2019 13:16:00 37 0

Üç İsa

Akademik İsa Həbibbəylinin yetmiş illiyinə

Esse

Mənim həyatımda İsa peyğəmbər rol oynamayıb. Bəlkə də dolayısı ilə təzahürü olub, amma əlimdə bilgilər yoxdu. Düzdür, istəsəm telepatiyanın gücünə bunu öyrənə bilərəm. Amma zamanı və məkanı dəyişdirməyə ehtiyac duymadığımdan bunu lüzumsuz saydım. Həyatımda Məhəmməd peyğəmbər (c) rol oynayıb, çünki hal-hazırda bu dinin daşıyıcılarından biriyəm. Onun (salavutallahın) şəhadətinə görə İsa peyğəmbər peyğəmbərlərin ən önəmlisi idi və İsanın (ə) İncildə dediyinə görə "məndən sonra sonuncu peyğəmbər "Əhməd" gələcək". Məhəmməd peyğəmbər (c) ondan öncə olan peyğəmbərlər arasında vəsilə yaratdı və bunu da "Quranı Kərim"də möhür kimi qeyd etdi. Dünənə qədər müsəlman olan kəs övladlarına digər peyğəmbərlərin də adını verirdilər. Bunu niyə keçmiş zamanda yazdım? Təəssüflər olsun ki, son zamanlar xürafat və cahillik artıq buna imkan vermir, hətta bir yas yerində "başqa peyğəmbərlərin adını bilirsənmi" sualıma cahillərdən biri "başqa peyğəmbərlər olubmu?" cavabını verdi. XXI əsrdə hansı zamana gəlib çıxdıq? Yüz illərdir atalarımız övladlarına demək olar ki, bütün peyğəmbərlərin adlarını veriblər: Adəm, Nuh, Lut, Saleh, Yunus, İsa, Davud, Süleyman, Məhəmməd və sairə, sairə... 124 min.

İsa peyğəmbər buna görə bizə çox doğmadır, çünki sonuncudan əvvəlkidir. Buna görə yüz illərdir atalarımız övladlarına "İsa"adı verməkdə yanılmayıblar.

Mənim həyatımda üç İSA var. Bəlkə bu təsadüfdən, bəlkə də zərurətdəndir.

Birincisi atamın adı İsaxandır. Bilmirəm, türk əsilli olduğumuz üçün, xristianlığa nə vaxtsa tapındığımız üçün, tanrıçılığı dinimizin əzəlində hesab etdiyimiz üçün məndən öncə olan nəsil davamçılarım dünyanın bütün məşhur peyğəmbərlərinin adlarını övladlarına isim kimi verirdilər, amma köklərini, hardan gəlib, hara getdiklərini yaddan çıxartmamaq şərtilə. Bizim tərəflərdə etnik kimlik əsas şərtlərdən biri idi. İllah da sovet vaxtında. Baxın! Baba Babaxanın üç oğlu olub: Əmirxan, Mirzəçan, İsaxan.

Məhz üçüncünün, yəni atam İsaxanın daima məni kitaba, sonralar elmə həvəsləndirdiyini  nə zamansa xatirələrimdə yazacam.

İkincinin adı isə İsa olan qayınatamdır. Düşünürəm, İsa kişi elmə, təhsilə, bu qədər qiymət verməsəydi, kim bilir? ailə qurduqdan sonra haralarda idim... "Hər güclü erkəyin arxasında, onu başa düşən güclü qadın var" deyimi tamamilə doğrudur.  Hələ mən bizim, iki insanın davamçısı olan mükəmməl qızımız haqqında yazmaq istəmirəm. Bu da başqa mövzudur.

Üçüncü İsa isə mənəvi dünyası zəngin, mərifət və şərafətinə görə akademik İsa Həbibbəylidir. Qabaqcadan deyim ki, birinci iki İsaya sonsuz sevgim olsa da, mənə mənəvi dünyanın ənginliklərinə baş vuran, hər sözündən, sətrindən yüzlərlə İSA doğulan İsa Həbibbəyli daha yaxındır.  İsa Həbibbəyli maddi dünya deyil, vücud deyil, bu böyük İNSAN SÖZ-dür. Sözdən yoğrulan İNSAN , sonra da ALİM-ə çevrilən İNSAN.

Bu tərif deyil. Onun içində bir can var. Canın içində can var. Bəzən çoxları başa düşmürlər ki, bu İNSAN-ı, bu CAN-ı bizə sevdirən nədir? Sözünün içində bir CAN var. Canın içində od var, alov var, enerji var. Heç kimə baxmaz, heç kimə SÖZ-ün qüdrətini çatdırmaz, amma elə yazar ki, SÖZ-ün arxasından SÖZ-ün qüdrəti görünər.  İNSANIN arxasından SÖZ görünər, boy verən SÖZ böyüklüyü görünər. Yalnız bunun arxasından şəxsiyyət görünər, elə üçüncü İSA Həbibbəyli görünər.

Candan yazdıq. Can mühərrikdi. Sözdən yazdıq. Söz mühərrikdi. Cismin mühərriki (motoru) olan istənilən insanda nə zamansa dayanacaq, amma CAN-ın və SÖZ-ün mühərriki əbədidir. Bunlar dayanan deyil. Onların enerjisi gələcək nəsillərə ötürülür. İncildə və Quranda yazıldığı kimi; öncə SÖZ gəldi dünyaya, yalnız bundan sonra on səkkiz min aləm yarandı.

SÖZ-ün qədrini və qüdrətini bilən İSA Həbibbəyli hər yeni sözə ruh verir, istiqamət verir. İstedadları yönəldir, arxasında durur.

Bilirəm bədxahlarımız mənim müqayisə üçün yazdıqlarıma ağız büzəcək, küfrlə günahlandıracaq. Olsun, amma ölmüş SÖZ-ü kimsə dirildəcəksə, ona yeni həyat verəcəksə, o elə İSA-dır.

Nə qədər ki, SÖZ-ün mahiyyətini, zatını, sifətini cəmiyyət anlamayacaq, İsa Həbibbəyli kimi alimlər elə İSA-dır. Təəssüflər olsun ki, belə İSA-lar çox azdır.

“O qədər sevgilərim var ki...” like
  • 14 Okt 13:15  
Şou-biznes “O qədər sevgilərim var ki...”

Xalq artisti Aygün Kazımova Filipp Kirkorovla Rusiya mediasında yer alan sevg

arrow Ətraflı
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO) like
  • 14 Okt 13:14  
Digərləri Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO)

Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏ

arrow Ətraflı
Türkiyədə miqrantların gəmisi batdı: 1 uşaq öldü, digəri itkin düşdü like
  • 14 Okt 13:11  
Dünya Türkiyədə miqrantların gəmisi batdı: 1 uşaq öldü, digəri itkin düşdü

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qanunsuz miq

arrow Ətraflı
Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib like
  • 14 Okt 13:08  
Digərləri Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava l

arrow Ətraflı
Azərbaycan XİN rəhbəri Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO) like
  • 14 Okt 13:04  
Digərləri Azərbaycan XİN rəhbəri Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb (FOTO)

Elmar Məmmədyarov Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Sya

arrow Ətraflı
Böyüyən qarnından şikayətləndi like
  • 14 Okt 13:02  
Digərləri Böyüyən qarnından şikayətləndi

Moskvada həkimlər 52 yaşlı xəstədə nəhəng şiş aşkar edib onu ləğv

arrow Ətraflı
Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək like
  • 14 Okt 13:01  
Digərləri Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, hə

arrow Ətraflı
Romalıların Cana olan sevgisi türkləri özündən çıxardı  VİDEO like
  • 14 Okt 12:57  
Digərləri Romalıların Cana olan sevgisi türkləri özündən çıxardı VİDEO

Türkiyəli aktyor Can Yaman İtaliyanın paytaxtında qadın fanatlarının bö

arrow Ətraflı
Bakıda uşaq qidasından çıxan qurdla bağlı AQTA araşdırmalara başladı (VİDEO) like
  • 14 Okt 12:56  
Digərləri Bakıda uşaq qidasından çıxan qurdla bağlı AQTA araşdırmalara başladı (VİDEO)

Bakı sakini uşağına aldığı qidanın içindən qurd çıxdığını iddia

arrow Ətraflı
İngiltərədə xalis qızıldan bank kartları hazırlandı like
  • 14 Okt 12:53  
Digərləri İngiltərədə xalis qızıldan bank kartları hazırlandı

Böyük Britaniyanın Kral zərbxanası xalis qızıldan hazırlanan debet bank

arrow Ətraflı
Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək like
  • 14 Okt 12:50  
Digərləri Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, hə

arrow Ətraflı
Avropada bir ilk: like
  • 14 Okt 12:48  
Digərləri Avropada bir ilk:

İtaliyanın Turin şəhərindəki klinikaların birində bir pasiyentə eyni va

arrow Ətraflı