Evdən istilik sistemləri oğurlayan şəxslər saxlanıldılar


Kriminal 14 Okt 2019 13:25:00 324 0

Evdən istilik sistemləri oğurlayan şəxslər saxlanıldılar

Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsinə evdən dəyəri 600 manat olan köhnə istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə  şübhəli bilinən 2 nəfər, Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev  və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov saxlanılıb. Saxlanılan şəxslər oğurladıqları həmin istilik sistemlərini metal qəbulu yerlərinə satdıqlarını etiraf ediblər.