Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib


Digərləri 14 Okt 2019 13:08:38 251 0

Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil edib.

Bakı. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil edib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərilib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 6% çoxdur. Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub. 2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı - AZAL 1,6 milyon, milli loukoster “Buta Airways” isə 443 min sərnişin daşıyıb. Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil edib. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines” (Türkiyə, 376 min sərnişin), “FlyDubai” (BƏƏ, 194 min sərnişin), “Aeroflot” (Rusiya, 151 min sərnişin), “AirArabia” (BƏƏ, 130 min sərnişin), “UIA” (Ukrayna, 97 min sərnişin), “Qatar Airways” (Qətər, 81 min sərnişin), “Lufthansa” (Almaniya, 53 min sərnişin) və “SCAT” (Qazaxıstan, 47 min sərnişin) daxil olub.