Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək


Digərləri 14 Okt 2019 12:50:00 208 0

Övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək.

Bakı. İlhamə İsabalayeva - Övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, noyabrın 1-dən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək. Hazırda övladlığa götürmə ilə bağlı aktiv işlərin aparıldığını deyən S.Babayev əlavə edib ki, artıq məsələ ilə bağlı dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə həmin dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənilir.