Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsi qısa müddət ərzində təsdiq olunacaq


Digərləri 14 Okt 2019 12:16:00 217 0

Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsi qısa müddət ərzində təsdiq olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsinin qısa müddət ərzində təsdiq olunacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Dövlət Əməyin Mühafizəsi Fondunun nizamnamə və əsasnaməsinin qısa müddət ərzində təsdiq olunacağı gözlənir. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə Fondun nizamnaməsinin hazırlanması üzərində iş aparılır: "Artıq bu işlər yekunlaşdırılır. Bundan sonra fondun fəaliyyətinə tam başlanacaq".