"BMW" ilə qəzaya düşdülər, vertolyotla xilasedicilər gəldi


Digərləri 14 Okt 2019 11:22:00 251 0

"BMW" ilə qəzaya düşdülər, vertolyotla xilasedicilər gəldi

"BMW" şirkətinə məxsus avtomobildəki "911-ə zəng" xidmətinin işə düşməsi nəticəsində 14 yaşlı yeniyetmə ölümdən dönüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada yaşayan 40 yaşlı Claire Duke adlı qadın "BMW M3" markalı avtomobili ilə qəza törədib.

İdarəetməni itirən qadın maneəyə çırpılıb. Bu əsnada o və avtomobildə olan iki oğlu xəsarət alıb. Qadın özünə gələndə avtomobildən "Biz sizin harada olduğunuzu bilirik, kömək çağırmışıq, narahat olmayın" deyə səs eşidib.

Ətrafda kimsəni görməyən qadın təəccüblənib. Bir neçə dəqiqə sonra isə hadisə yerinə ambulans helikopter cəlb olunub və onun başından ağır zədə alan oğlu vertolyotla xəstəxanaya çatdırılıb.

Mətbuata açıqlama verən Claire bildirib ki, qəza baş verən vaxt təhlükəsizlik kəmərləri açıq olub və qəza baş verən zaman havaşarı açılıb.

Qadının dediyinə görə, onun avtomobili 2014-cü istehsalıdır və bu avtomobildə qəza baş verən zaman hava şarı açılan anda 911-ə zəng gedir.

(adsgarden = window.adsgarden || []).push({});