"Nobel Oil Services" şirkətinin törəməsi PROKON, SOCAR-Uniper ilə müqavilə imzaladı


Digərləri 14 Okt 2019 10:29:53 471 0

"Nobel Oil Services" şirkətinin törəməsi PROKON, SOCAR-Uniper ilə müqavilə imzaladı

Nobel Oil Services şirkətinin törəmələrindən biri olan PROKON şirkəti SOCAR-Uniper ilə müqavilə imzaladı.

Bakı. Nobel Oil Services şirkətinin törəmələrindən biri olan PROKON şirkəti SOCAR-Uniper ilə müqavilə imzaladı. Müqaviləyə əsasən PROKON şirkəti ümumi tikinti və istismara vermə işlərini həyata keçirəcək və yeni buxar turbinlərinin inşası üçün tikinti materialların satınalması daxil olmaqla SOCAR-Uniper şirkətinin bütün tikinti işlərinə nəzarət edəcək. Müqavilənin imzalanması polietilen zavodunun operatoru olan "Azərikimya" İB-i üçün elektrik təchizatının artmasına mühüm töhfə verəcək və SOCAR-Uniper şirkətinin Sumqayıtda yerləşən kimyəvi kompleksində ümumi tikinti işlərində PROKON şirkətinin iştirakını təmin edəcək. “Hazırda SOCAR-Uniper şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. PROKON şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbin qurğusu, eləcə də köməkçi infrastrukturu quraşdıracaq” - PROKON şirkətinin baş direktoru Azad Namazov qeyd edib. "Layihənin həyata keçirilməsi Azərikimya İB-nin istehsalat obyektlərinin enerji səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayacaq", – deyərək o, əlavə edib. Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Oil Services şirkətinin Azərbaycanda 2102-ci ildə tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılan PROKON qısa müddətdə tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir və şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf vergi partnyoru” statusuna layiq görülüb.