Akademik Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək


Digərləri 14 Okt 2019 10:18:19 288 0

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi BDU-da keçiriləcək

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək.

Bakı. Akademik Vasim Məmmədəliyevlə vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçiriləcək. BDU-dan Trend-ə verilən məlumata görə, mərasim saat 13:00-dan 15:00-dək davam edəcək. Xatırladaq ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev ötən gün 77 yaşında dünyasını dəyişib.